|
Ukrayna dairəsindən Neapol dairəsinə qədər yolda DİQQƏTLİ olun, çünki...

Bakı şəhəri, Ukrayna dairəsindən Neapol dairəsinə kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.