|
Qazaxıstanda yaşayış evində partlayış baş verib, ölənlər var

Qazaxıstanın Jambıl vilayətinin administrativ mərkəzi Tarazda yaşayış evində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 2 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

 

Məlumata əsasən, partlayışın səbəbi araşdırılır. Hadisə yerində təcili xidmətlər, psixoloqlar çalışır.