|
Bakı-Sumqayıt yolunda minik avtomobili TIR-la toqquşdu - xəsarət alan var

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.

Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.

 

Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.