|
"Renault" 3,6 mindən çox avtomobili geri çağırıb

"Renault" şirkəti Rusiyada 3,6 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

 

Qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrında Rusiyada satılmış “Sandero”, "Logan", "Dokker" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.