|
Ucarda "VAZ" aşdı, sürücü öldü

Fevralın 23-də saat 14 radələrində Ucar rayonunun Qazyan kəndi ərazisində Zərdab rayon sakini C.Ömərov idarə etdiyi “VAZ-21703” markalı avtomobili aşırıb.

 

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.