|
Kuril adalarının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib

Kuril adalarının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri İturup adasından 30 km cənub-şərqdə, ocağı isə 93 km dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.