3 qadını cinsi istismara məruz qoymaqda ittiham edilən qadın hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən F.Babayevaya şərti cəza verilib.
İttihama görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, 3 qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirli bilinib.
Bu əməlləri 2006-2008-ci illərdə törətməkdə təqsirləndirilən F.Babayeva "İnterpol" vasitəsilə axtarışa verilib və ötən il saxlanılıb.
