|
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumat təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti bahalaşaraq, 1.13$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1370$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1450$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da sənaye sektorunda iqtisadi aktivliyik və saat 14:00-da inflyasiya ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də cümə günü bahalaşaraq, 1.30$-ın üzərində təklif edilir. Qiymət keçən həftənin maksimumunu (1.3108$) qırarsa, 1.3217$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, çərşənbə axşamı İngiltərə baş nazirinin yeni Breksit planına dair çıxışı və çərşənbə günü planın parlamentdə səs verməyə çıxarılmasının nəticələrinin də məzənnədə güclü dalğalanmaya təsir edəcəyi gözlənilir.

TRY

 

Türkiyə valyuta birjalarında isə dolların qiyməti bahalaşmaqdadır və USD/TRY məzənnəsi 5.34TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.39TL-yə kimi də bahalaşa bilər.

Avropa iqtisadiyyatında zəifləmə və Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi riskləri, ölkə valyutasına təzyiq edən əsas amillər arasındadır. Siyasi hadisələr də investorların diqqət mərkəzindədir.

OIL

Avropanın Brent markalı neftinin qiymətində son zamanlar davam edən bahalaşma dinamikasının zəiflədiyi müşahidə edilir. Lakin qiymət 65.42$-ın üzərində qaldıqca, 68.34$-a kimi də dəyər qazana biləcəyi proqnozları gündəmdədir.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətlərində korreksiyadan sonra növbəti bahalaşmanın şahidi oluruq. Bu gün səhər saatlarında 1331$-ın (42.8 $/qram) üzərində ticarət edilən bir unsiya üzrə qiymət, 1337$-ı (43.0 $/qram) da qırarsa, 1346$-a (43.3 $/qram) kimi də bahalaşa bilər.