Fevralın 24-də Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi, görkəmli geoloq-alim, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin anadan olmasının 85 illik yubileyi münasibətilə “Akif Əlizadə-85” adlı geniş tərtibatda kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, sərgidə akademikin Azərbaycan dilində və xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru, layihə rəhbəri və məsləhətçisi olduğu, ayrı-ayrı müəlliflərin onun haqqında yazdıqları kitablar, həmçinin dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək
