|
Fransa Liqa1: PSJ-dən növbəti qələbə

Fransa Liqa1-də XXVI turun üç qarşılaşması keçirilib. ONA-nın məlumatına görə, çempionatın lideri PSJ “Nim”lə qarşılaşıb.

Paytaxt təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Parislilərin gənc ulduzu Killian Mbappe dubl müəllifi olub.

Digər qarşılaşmaların taleyini 1 qol həll edib. Hər iki matçda meydan sahibləri qalib gəlib. “Amyen” “Nitsa”nı, “Genqam” “Anje”ni məğlub edib.

Fransa Liqa1

XXVI tur

PSJ - "Nim" - 3:0

Nkunku, 40; Mbappe, 69, 89

"Amyen" - "Nitsa" - 1:0

Girassi, 11

"Genqam" - "Anje" - 1:0

Deo, 90+2