|
Komaya düşən jurnalist dünyasını dəyişdi

Komaya düşən jurnalist, Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman bu gün dünyasını dəyişib.

Musavat.com-un verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, N.Qocaman fevralın 1-də axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirmişdi. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı.

Məlumat üçün bildirək ki, Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində də çalışıb.

Allah rəhmət eləsin!