|
Ziya Bünyadov prospektində maşın körpüdə aşdı - Yolda tıxac yarandı

Bakıda yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

 

Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində körpünün üstündə (Koroğlu istiqamətində) avtomobil aşıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.