|
İki həftəyə gənclik gözəlliyini qaytaran maska resepti

Cavan qalmaq bütün qadınların əbədi arzusudur.  Xüsusilə dərinin təravətli qalmasına can atan xanımlar müxtəlif maskalara, kremlərə böyük məbləğdə vəsait xərcləyirlər. Bu bayram günlərində hamının xeyli  pul xərclədiyi məlumdur. Odur ki, qadınlara gənclik gözəlliyini qaytaracaq maskanın reseptini təqdim edirik.

Beləliklə, lazım olan inqrediyentlər:
1 xörək qaşığı bal;
1 xörək qaşığı yağlı xama;
50 qram kəsmik;
1 yumurta;
6-10 damcı limon;
1-2 ampula aloe, vitamini  B1 və В12.

Bütün inqrediyentləri şüşə qaba tökün, yaxşıca qarışdırın. Maskanı gecələr 15-20 dəqiqə üzdə saxlamaq lazımdır. Bu maskadan göz ətrafına da çəkmək olar. Maskanı çəkəndən sonra krem istifadə etmək olmaz. İki həftə sonra dəriniz elastik, hamar, ipək kimi yumşaq olacaq.

Maskanı şüşə qabda soyuducuda saxlamaq lazımdır.