Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Fənərbağça"nın ardından "Qalatasaray" da mübarizəni dayandırıb.
"Sarı-qırmızılar" İstanbulda 1:2 hesabı ilə uduzduqları "Benfika" ilə Portuqaliyada qolsuz heç-heçə ediblər. Beləliklə, Bakıda keçiriləcək final matçında Türkiyənin heç bir təmsilçisinin olmayacağı dəqiqləşib.
