|
Siyəzəndə 3 otaqlı ev yanıb

Siyəzəndə 3 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirindən ibarət tavan 7 m² sahədə və mətbəx mebeli qismən yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.