|
Əsəd rejimi İordaniya ilə sərhədi tamamilə itirdi
Suriya müxalifəti Dəməşq rejiminə ağır zərbə vurub.
Müxalifət gücləri Əsəd rejiminin nəzarətindəki Busra əş - Şam Qalası və ətraf əraziləri ələ keçirib.
Məlumata görə, müxalifət gücləri Dera vilayətində hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Yerli mənbələr bölgənin müxalifətin əlinə keçməsi nəticəsində Əsədin Suriya-İordaniya sərhədində nəzarəti tamamilə itirdiyini bildiriblər.