|
Arvadını öldürdükdən sonra intihar etmək istəyən şəxs hakim qarşısında

Qətl törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hadisə ötən il oktyabrın 25-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib.

1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu keçmiş arvadı 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızını qətlə yetirib.

Mahir qocayev cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib.

Hadisənin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisəsi olub.