|
Meksikada benzin daşıyan maşın qatarla toqquşub:

Meksikanın mərkəzi hissəsində benzin daşıyan maşın qatarla toqquşub.

Trend-in məlumatına görə, Koyotes rayonunda baş verən toqquşmadan sonra benzin daşıyan maşın partlayıb. Toqquşma və partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerində bir neçə yanğınsöndürən briqadası cəlb edilib.