|
Azərbaycanda zəlzələ

Azərbaycanın şimalında zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ oktyabrın 23-də saat 03.23-də Pirquludan 27 km şimalda - Quba rayonu ərazisində qeydə alınıb.

4 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.