2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə “Fitch Ratings” agentliyinin yeni hesabatında deyilir.
Agentlik Azərbaycanın emitentinin uzunmüddətli xarici valyutada defolt reytinqi “BB+” səviyyəsində və sabit olaraq təsdiq olunub.
Qeyd olunur ki, bu il Azərbaycanda iqtisadiyyatın artım templəri “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz tədarükü ilə bağlı olacaq.
Bundan başqa, turizm və kənd təsərrüfatı sahələri də iqtisadi artıma səbəb olacaq.
