Milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" klubu Antalya toplanışında növbəti yoxlama oyununu keçirib.
Qol.az-ın məlumatına görə, Ukrayna klubu Belarus "Şaxtyor"u ilə qarşılaşıb. Görüş "Aleksandriya"nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, oyuna ehtiyatda başlayan Paşayev 68-ci dəqiqədə - buraxılan qoldan dərhal sonra meydana çıxsa da, komandasına kömək edə bilməyib.
