|
Məşhur aktrisa dünyasını dəyişdi

Kanadalı aktrisa Alberta Uotson 60 yaşında dünyasını dəyişib. 
Aktrisa 17 ildir xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Limfa vəzi xərçəngi diaqnozu qoyulan Alberta bu səbəbdən “Onun adı Nikita idi” serialının çəkilişləri zamanı xüsusi qrafiklə çalışırdı. 
Aktrisaya dünya şöhrəti gətirən də həmin serialdakı Medlin Pirs rolu olub. 
Alberta Uotson vəfat edərkən yanında həyat yoldaşı Ken olub.