|
Xaspoladobada dəhşətli yanğın baş verib

Xaspoladobada dəhşətli yanğın baş verib . Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xaçmaz rayonunun Xaspoladoba kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın taxta konstruksiyalardan ibarət tavanı 30 m² sahədə və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.