|
Atlantik okeanda 6,2 bal gücündə zəlzələ olub

Atlantik okeanın şimalında 6,2 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bunu ABŞ Geoloji Xidməti bildirib. Məlumata əsasən, təbii fəlakətin episentri Portuqaliyanın Lajiş-daş-Floriş şəhərindən (təxminən 3,9 min sakin) 617 kilometr cənub-qərbdə olub.

 

Zəlzələ ocağının dərinliyi 10 kilometr təşkil edib.

Sunami təhlükəsi elan olunmayıb.