|
CNN: “Tramp özünün əməksevərliyinə yaman aludə olub”

ABŞ prezidenti Donald Tramp özünün “nə qədər çox işləməsinə” aludə olub.

CNN telekanalının reportajında Ağ Evin sahibinin hər yerdə çox çalışdığı ilə öyündüyü göstərilib.

“Ağır əmək, mənim maliyyə uğurumun şəxsi metodu sayılır. Sən də bunu edə bilərsən”,- deyə Tramp bir vaxt “Miqyaslı düşün: onu biznesinə və həyatına tətbiq et” adlı kitabında qeyd edib.

Bundan başqa, ABŞ prezidentinin tvitter-arxivində “ağır əmək” ifadəsi keçən onlarla mesajı tapmaq olar. Donald Tramp bu tərifi təkcə özünə deyil, yaxın ətrafı üçün də işlətməyi xoşlayır.

“Melaniya bizim böyük və ən çalışqan ilk ledimizdir”,- deyə CNN prezidentin tvitlərinin birindən sitat gətirib.

Elə tabeçiliyində olanlar da onun “əməksevərlyini” öyməkdən yorulmur. “Prezident Tramp mənim gördüyüm ən yorulmaz işçilərdən biridir”,- deyə Ağ Evin mətbuat katibi Sara Sanders bu yaxınlrda jurnalistlərə söyləyib.

Lakin bir müddət öncə ABŞ mətbuatı “çalışqan prezidentin” iş qrafiki ilə tanış olduğu zaman başqa mənzərə ilə qarşılaşıb. 

“Axios” saytının verdiyi xəbərə görə, Ağ Evin rəhbəri öz iş saatının 60%-ni qəzet oxumaq, televizora baxmaq və telefonla danışmaqla keçirir. Üstəlik o, işə saat 11-də gəlir.