|
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, fevralın 12-də qızılın qiyməti fevralın 11-i ilə müqayisədə 4,4115 manat azalaraq 1 unsiya üçün 2224,382 manat təşkil edib.

Gümüş 0,0396 manat ucuzlaşaraq 1 unsiya üçün 26,7562 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 8,908 manat azalaraq 1340,348 manat, palladiumun qiyməti isə 15,215 manat artaraq 2371,5 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.