Həyatın qaydasında deyilsə, ruhdan düşmə. Bunu dəyişmək üçün milyonlarla üsul saymaq olar. Məsələn, idmanla məşğul olmaq, başqa şəhərə köçmək, yeni tanışlıqlar və s. Ola bilər ki, fikirləşirsən dünyada yüzlərlə insan ümidini itirib, özünə qapanıb və demək olar ki, yaşamır. Lakin belə deyil. Bizim tövsiyələrimizi oxuyun, bütün bu sualların cavabını tapacaqsınız.
Start…
Özünü dəyişdirmək üçün əvvəlcə özünə xas plan qurmalısan. Bu zaman nəticə daha effektiv olacaq. Və bu effektiv nəticəni əldə etmək üçün sadəcə 4 həftə bəs edəcək. Bunun üçün hər həftə üç tapşırıq yerinə yetirmək lazımdır. Onları oxu və tətbiq et.
İlk həftə
-Yuxudan tez oyan
Heç yer tələsməyəndə bir az çox yata bilərsən və bu zaman stressdən uzaq olacaqsan. Səhər saatları fikirləri bir yerə toplamaq üçün, günə köklənmək üçün əlverişlidir. Yuxudan gec qalxmaq yorğunluğun yox, öz həyatını yaşamaq istəməməyin göstəricisidir.
-Ürəyin istəyən yeməyi ye
Yemək yeyəndə fikirləş: “Mən bunu həqiqətən yemək istəyirəm? Bu mənim üçün faydalı olacaq?” Bu üsulla sən zərərli, piyli qidalardan, çipslər və şirniyyatlardan uzaaqlaşacaqsan. Spirtli içki və siqareti də minimum endirsən fərqi görəcəksən. Həyatınızı dəyişdirmək üçün ən önəmli şərtlərdən biri elə sağlamlıqdır.
-İdmanla məşğul ol
Çoxdandır səhərlər idmanla məşğul olmaq istəyirsən, amma vaxt olmur? Elə indi əsl vaxtıdır. Qaçış, üzgüçülük, nə lazımdırsa - bütün bunlar sənin bədənini aktivləşdirir. Səhər idmanından sonra sən daha yaxşı düşünə, işləyə biləcəksən. Özünü güclü və arxayın hiss edəcəksən. Necə deyərlər: Həyat hərəkətdir.
II həftə
-Evini təmizlə
Evdən köhnə, lazımsız əşyaları at. Belə desək, bununla daha rahat nəfəs alacaqsan. Bu üsul sadə görünsə də, həqiqətən işə yarayır.
-İş gör
Nə qədər qalaqlanıb qalmış işin varsa, hamısını həll et. Heç bir işini təxirə salma. Axı əldən qalan əlli qalar.
-İnsanlarla ünsiyyətə fikir ver
Çalış daha az insanla ünsiyyət saxlayasan. Az insan, az əsəb. Səni əsəbiləşdirən və ya qıcıqlandıran insanlardan uzaq ol. Bu, sənin həyatına yeni, maraqlı insanların gəlməyinə köək edəcək.
III həftə
-Planlar hazırla
O kağıza yazdığın hər cümləni, hər sözü yerinə yetir. Məharətlə hazırlanmış plan daha çox əhəmiyyətli rol oynayacaq. Həmin vərəqdə öz gününü necə keçirəcəyini yaz. Günün sonunda daha rahat olduğunu görəcəksən.
-İnanılmaz xəyallar qur
Öz xəyallarının siyahısını yaz. Hətta elə xəyallar ki, heç vaxt həyata keçməyəcək. Bu, sənin sərhədlərini genişləndirəcək. Arzu etmək, xəyal qurmaq sərhədsizdir. Gün gələr, dövran dönər və xəyalların gerçək olar. Bu vaxt mümkünsüzlüyün mümkün olduğunu görəcəksən. Özünə haqsızlıq edib xəyallarını gizlətmə.
-Yekun vur
Müşahidə və təhlil et. Özündə və ətrafında baş verən pozitivliyi hiss etsən, bu proses getdikcə daha da güclənəcək.
IV həftə
-Yeni şeylər yoxla
Məsələn, ən sadəsindən missal çəkirəm: işə yeni yolla get. Tanımadığın kafeyə və ya çox bahalı mağazaya gir. İdmanın yeni növlərini yoxla. Elə şeylər olsun ki, sən heç vaxt bunları etməmisən.
-Qorxmaz ol
Qorxularından azad ol. Hündürlükdən qorxursan? Sən bu qorxunun öhdəsindən gələ bilərsən! İzdihamın qarşısında çıxış etməkdən qorxursan? İnsanlarla açıq danış və açıqsözlü ol. Bu, rahatlığın öz qabığından çıxışı adlanır.
-Dincəl
İşdən əlavə dincəlmək də önəmlidir elə? Sakitləş, meditasiya ilə məşğul ol. İstirahət etmədən gücün tükənəcək və heç bir işinə motivasiya ola bilməyəcəksən.
Bax, belə… Bunları təcrübədən keçir. Əldə etdiyin nəticə səni də çaş-baş salacaq.
