|
Air Astana" aviaşirkətinin təyyarəsi Minskdə məcburi eniş edib

Air Astana" aviaşirkətinin sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə məcburi eniş edib.

Trend-in məlumatına görə, Atrau - Amsterdam reysini həyata keçiriən təyyarə texniki səbəbdən məcburi eniş edib.

 

Bununla əlaqədar "Air Astana" aviaşirkətinin Moskva filialının nümayəndəsi Minskə gəlib. Qeyd edilir ki, sərnişinlər digər reyslərlə Amsterdama yola salınır.