|
Ermənistanda 5 ballıq zəlzələ

Ermənistanda zəlzələ olub. 
Martın 24-də axşam saatlarında baş verən yeraltı təkanlar Ermənistanın şimalında qeydə alınıb. 
Zəlzələnin episentrinin koordinatları – 40.98 şimal, 44.21 şərq uzunluq dairəsi göstərilir. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində baş verib. 
Episentrdə zəlzələnin gücü 4-5 bal təşkil edib.
Zəlzələ ən çox Stepanavan, Urasar və Katnaxpyur kəndlərində hiss olunub. Bu yaşayış məntəqələrində yeraltı təkanların 4-5 bal gücündə müşahidə olunduğu bildirilir. Lori-Berd və Amrakiç kəndlərində zəlzələnin gücü 3-4 bal olub.

Qeyd edək ki, Ermənistanda bu il ərzində artıq bir neçə dəfə zəlzələ qeydə alınıb.