|
Politoloq: “Azərbaycan Ermənistandan təzminat ala bilər”

Azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımına və qırğınlara görə Ermənistanın təzminat ödəməsinin mümkünlüyü məsələsi yenidən gündəmə gəlib.

Dünyada belə faciələr törətdiyinə görə xeyli ölkə təzminat ödəyib. 6 milyon yəhudini məhv edən Almaniyanın indinin özündə belə təzminat ödədiyi önə çəkilir.

2016-cı ildə İsrail doqquz Türkiyə vətəndaşının həyatını itirdiyi Mavi Mərmərə basqını üçün ödəməyi qəbul etdiyi 20 milyon dollarlıq təzminatı Türkiyə Ədliyyə Nazirliyinin hesabına köçürüb.

Haaqa tribunalında keçmiş Yuqoslaviyadan olan hərbi cinayətkarların layiqli cəzalarını aldıqları da faktdır.

Bütün bunların fonunda Azərbaycan tərəfin Ermənistanı təzminat masasına oturtmaq üçün nə etməli olduğu yönündə fərqli fikirlər səslənir.

Siyasi ekspert Nəzakət Məmmədova Ermənistanı təzminat ödətməyə məcbur etmək üçün kifayət qədər imkanların olduğunu düşünür: “Bu mümkündür. O halda ki, müvafiq beynəlxalq məhkəmənin qərarı olsun, soyqırım törətmiş canilər beynəlxalq tribunalda mühakimə edilsinlər, barələrində hökm çıxarılsın.

Bunun üçün müvafiq beynəlxalq normativ sənədlər, konvensiyalar, mexanizmlər mövcuddur. 1948-ci ilin dekabrında BMT Baş Assambleyası Soyqırım cinayətlərinin qarşısının alınması və buna görə cəzalandırılma haqda Konvensiya qəbul edib. Azərbaycan xalqına qarşı soyqırım törədildiyini bütün dünya bilir və biz bu cinayətə görə nəinki Ermənistandan, Rusiyadan da təzminat ala bilərik. 366-cı alay Rusiya Silahlı Qüvvələrinə məxsus olub və dövlət öz silahlı qüvvələrinin törətdiyi cinayətlərə görə cavab verməlidir. Orada Rusiya vətəndaşları, hərbi qulluqçuları ermənilərlə əlbir iştirak edib. Soyqırıma görə bu dövlətlərdən reparsiya tələb oluna bilər. Bu, canlı insan tələfatına və daşınar-daşınmaz əmlaka görə ödənilməli olan təzminatdır. Çünki soyqırım zamanı insanlar öldürülüb, eyni zamanda onların əmlakı yağmalanıb, talan edilib. Öldürülmüş insanları həyata qaytarmaq mümkün olmasa da, pul təzminatı ödəməklə soyqırım törətmiş dövlət bu cinayətə məruz qalmış toplumun demoqrafik cəhətdən dirçəldilməsi, sayın bərpası, habelə vurulmuş maddi zərərin qarşılanması məqsədi daşıyır. Yəhudilər artıq Almaniya dövlətindən, habelə bir sıra nəhəng korporasiyalardan təzminat almağa nail olublar.

Məsələn, hətta soyqırım prosesində bilavasitə iştirak etməsə də, yəhudiləri və digər millətdən olan əsirlərin əməyindən qarşılıqsız kölə əməyi kimi istifadə edən “Nestle”, “BMW”, “ Coca Cola”, “Hugo Boss”, “ Bayer” kimi beynəlxalq şirkətlər külli miqdarda təzminat ödəyiblər və üzr istəyiblər. Biz də bu təcrübədən istifadə edib nəinki soyqırım törətmiş, habelə girovluqda və əsirlikdə olarkən insanlarımızın əməyindən qul kimi istifadə etmələrinə görə Ermənistanın bu işdə əli olan şəxslərinin cəzalandırılmasını tələb edə bilərik. Ermənistan beynəlxalq öhdəliklərə imza atıb, müvafiq konvensiyalara qoşulub. Müharibə qanunlarının pozulmasına görə cavab verməlidir. Ermənistan Üçüncü Reyxdən, faşist Almaniyasından daha qüdrətli dövlət deyil ki?! Əgər alman faşistləri cəzalandırıldısa, erməni faşistləri də cəzalanmalıdır.

Sual oluna bilər ki, indiyədək bu niyə baş verməyib. Azərbaycanın soyqırım canilərinin cəzalandırılmasını tələb etməyə tam mənəvi, hüquqi, siyasi haqqı var və onların cəzalandırılmasına gücü yetər. Hadisələrin şahidləri sağdır, həddindən artıq istintaq materialları, dəlil-sübutlar toplanıb. Sadəcə, hər zaman olduğu kimi bu məsələdə də beynəlxalq siyasətdə kök salmış ikili standartlar, siyasi maraqlar buna mane olub. Yuqoslaviyada soyqırım törədənlər o vaxt məhkəmə qarşısına çıxarıldı ki, Rusiya oradan uzaqlaşdırıldı. Onlarla əlbir olanlar, Rusiyanın geosiyasi maraqlarının zorakılıq yolu ilə icraçıları, qatil generallar, digər hərbçilər onun himayəsindən məhrum oldular. O zaman Qərb onları tribunalda mühakimə edə bildi. Biz ötən il Ermənistanda oxşar prosesləri müşahidə etdik. Soyqırımda iştirak edən Köçəryan, Babayan kimi caniləri Amerikanın göstərişi ilə Paşinyan həbs etdirdi. Onlar da Rusiyanın böyük geosiyasi planlarının zorakı icraçısı olublar və dinc insanlarımıza qarşı soyqırım bu siyasətin bir hissəsi olub. Lakin hazırda Ermənistan rəhbərliyi həmin şəxsləri konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə görə mühakimə edir, onlar Rusiyanın dəstəyindən məhrum oluna bilər, əvvəlki hökmləri qalmayıb və biz də bundan istifadə edə bilərik".

Politoloq təzminatın təkcə pul şəklində olmadığını da qeyd etdi: “Ermənistan Azərbaycandan üzr istəməli, onların dərsliklərində bu barədə yazılar olmalıdır. Çünki cinayətkarın cəzalandırılması problemi tam həll etmir, həm də gələcək cinayətlərin qarşısı alınmalıdır. Bunun üçün cinayət törətmiş millətin uşaqları bu hadisənin bir daha törədilməməsi üçün sivil ruhda tərbiyə olunmalıdır. Ən əsası, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır. Biz təkcə Xocalıya görə yox, 1918-ci il Bakı, Quba soyqırımlarına görə də erməniləri ittiham etməliyik. Necə ki, ermənilər guya 1915-ci ildə yalançı ”soyqırım" davası aparırlar. Yalançı 1915 varsa, həqiqi 1918 var. Yalançı 1988 Sumqayıt varsa, həqiqi 1992 Xocalı, Qaradağlı faciələri də var. Sirr deyil ki, həm Köçəryan, həm də Sərkisyan Qarabağda vuruşmuş bir sıra quldur erməni komandirləri kimi Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri olmuşlar. Bu gün Ermənistanda baş verənlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Pentaqonun Rusiya Baş Kəşfiyyat İdarəsinə qarşı Soyuq müharibə dövründə olduğu kimi növbəti nüfuz savaşıdır. Bu gün Ermənistanda haqq-hesab çürüdülür və əsas odur ki, dünən hökm verən bu gün can verir. Odur ki, həm öz xalqına, həm dinc azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin arxasından Rusiya çəkilən kimi onların beynəlxalq tribunala yolu görünəcək. Yaxın və orta gələcəkdə ABŞ-Rusiya savaşı Cənubi Qafqazda bir sıra proseslərin taleyini həll edəcək, o cümlədən, soyqırım canilərinin..."