|
Ərdoğan yeni klub yaratdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubu yaradıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  Prezident Administrasiyasının nəzdində yaradılan "Cumhurbaşkanlığı Spor" adlı klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək.

 

Qeyd edək ki, komanda mart ayından etibarən  4-cü qrupda mübarizə aparacaq.