|
"Airbus A320"un qara qutusu tapıldı

Fransanın cənubunda "Airbus A320" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” tapılıb. 
Cia.az-ın məlumatına görə, bu barədə Fransa parlamentinin üzvü Kristof Kastane açıqlama verib. 
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi martın 24-də Alp dağlarında qəzaya uğrayıb. 
Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub. Həlak olanlar arasında 39 türkün da olduğu iddia olunur.