|
“Mətbəx və asılılıq” personajlar arasında mürəkkəb münasibətləri əks etdirir

Fevralın 8-də fransalı rejissor Filip Muilin “Mətbəx və asılılıq” filmi nümayiş ediləcək.

Fransanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, komediya janrında olan ekran əsəri personajlar arasında mürəkkəb münasibətləri əks etdirir.

Kinosevərlər “Landmark”da təqdim olunacaq filmi fransız dilində izləyə biləcək. Xronometrajı 95 dəqiqə olan ekran əsərinin nümayişində hər kəs iştirak edə bilər.