|
Makiyajsız, boyasız, dağınıq saçlı Bensu

Aktrisa Bensu Soral da son zamanların trendinə qoşulub.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, makiyajsız fotosunu yayımlayıb.

Şəklini İnstaqram hesabının hekayə hissəsində paylaşan Soral "Makiyajsız, dırnaq boyasız, dağınıq... Çox vaxt beləyəm" başlığını yazıb. 

Onun fotosu az vaxtda sosial mediadakı səhifələrə yerləşdirilib. İzləyicilər Bensunun makiyajsız da yaxşı göründüyünü qeyd ediblər.

Xatırladaq ki, aktrisa yeni ailə qurub.