|
Bu sözlər Kıvançın xanımını əsəbiləşdirəcək

Aktrisa İrem Sak ötən gün Nişantaşında kameraların hədəfinə tuş gəlib.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa dostlarından biri ilə kinoya gedərkən görüntülənib. 

Sualları cavablandıran İrem aktyor Kıvanç Tatlıtuğ barəsində danışıb və ona təriflər yağdırıb:

"Kıvançın hərəkətlərini çox sevdim. İzləyici olaraq deyə bilərəm ki, filmdə çox yaxşı oynayıb. Aktyorluğuna heyran qaldım. Həqiqətən çox uğurlu idi".

Qeyd edək ki, Tatlıyuğ ən son "Organize işler: Sazan Sarmalı" adı filmdə rol alıb.