Xəbər verdiyimiz kimi, bu gün aktrisa Hazal Kaya və Ali Atay cütlüyünün toyudur.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikilinin özəl günü otellərdən birində keçirilir.
5 ildir eşq yaşayan Hazal və Alinin toyuna ailələri və yaxın dostları dəvət olunub.
Onları sənət dostları Songül Öden, Nur Fettahoğlu və Yıldız Çağrı Atiksoy kimi məşhurlar tək qoymayıb. 


