|
Türkiyə prezidenti və Yunanıstanın baş naziri arasında görüş keçirilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə görüşüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş Ankarada Prezident sarayında keçirilib.

 

Danışıqlar bağlı qapı arxasında keçirilib və 2 saat 15 dəqiqə davam edib.