|
Ağsuda zəlzələ olub

Pirqulu stansiyasından 8 km qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 23:37-də qeydə alınmış zəlzələnin gücü 3,4 bal olub.

 

Ocağı 11 kilometr dərinlikdə olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.