|
İsmayıllıda daha bir zəlzələ olub

Pirqulu stansiyasından 8 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 02:34-də qeydə alınmış zəlzələnin gücü 3,0 bal olub.

 

Ocağı 10 kilometr dərinlikdə olan zəlzələ hiss olunmayıb.