|
Kukla Teatrı rusdilli tamaşaçılarını dəvət edir...

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həmişə olduğu kimi, bu həftə də rusdilli tamaşaçılarını unutmayıb.

AZƏRTAC xəbər verir ki, sənət ocağı rusdilli tamaşaçıları üçün üç səhnə əsəri hazırlayıb. Belə ki, fevralın 8-də “Oyaq gözəl”, 9-da isə “Qoğal” tamaşaları nümayiş olunacaq. Fevralın 10-da isə “Qoçaq Əhməd” azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, sənət ocağının yaradıcı kollektivi bu ay rusdilli tamaşaçıları üçün ümumilikdə altı səhnə əsəri hazırlayıb.