|
Bankda QARƏT - Hücum edib işçiləri döydülər

Makedoniyanın paytaxtı Skopyedə Türkiyə "Halkbank"ının filialı qarət olunub. Trend-in məlumatına görə, banka iş saatında hücum edilib.

Belə ki, 5 nəfərdən ibarət qrup banka daxil olaraq işçiləri döyüblər və külli miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

 

Oğurlanan pulun həcmi açıqlanmır.

Fakt üzrə cinayət işi başlayıb.