|
İki məşhur sima "Erkenci Kuş"dan ayrıldı

İki məşhur sima "Erkenci Kuş" serialı ilə vidalaşıb.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, "Fabri" xarakterini canlandıran aktyor Özgür Özberk və "Aylin"obrazında olan aktrisa Sevcan Yaşardır.

Bu barədə onlar özləri sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, "Star TV"də yayımlanan ekran işində baş rolda Demet Özdemir və Can Yaman oynayırlar.