|
Mingəçevirdə yaşayış evində yanğın baş verib

Mingəçevirdə yaşayış evində yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.