|
Qvineyada sürüşmə nəticəsində azı 17 nəfər ölüb

Qvineyanın Siqiri şəhərində sürüşmə nəticəsində qızıl mədənində azı 17 nəfər ölüb.

Trend-in məlumatına görə sürüşmə bazar günü baş versə də, bu barədə məlumat bir gün sonra yayılıb.

 

Hazırda 17 nəfərin həlak olduğu bildirilir, lakin axtarışlar davam edir.