Dominikan Respublikasında 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, zəlzələnin episentri Punta-Kana şəhərindən 135 km məsafədə yerləşib.
Zəlzələnin ocağı 94 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
