|
Ekvador sahillərində 5.7 bal gücündə zəlzələ baş verib

Ekvador sahillərində 5.7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar Duran şəhərindən 26 km məsafədə yerli vaxtla saat 17:45 qeydə alınıb.

Zəlzələnin ocağı 63.7 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.