Türkiyə Superliqasında 20-ci turun daha 3 oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, günün ilk matçında "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda "Rizəspor"a uduzub. Lider "Başakşəhər" isə səfərdə "Akhisar"a 3 cavabsız qolla qalib gəlib.
Günün son oyununda isə qapılara 8 top vurulub. Səfərdə "Antalyaspor"un qonağı olan "Beşiktaş" 6:2 hesablı qələbə qazanıb.
Tura sabah yekun vurulacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlinin ilk pilləsində 44 xalla "Başakşəhər" yer alıb. 36 xalı olan "Qalatasaray" 2-ci, 3 xal az toplayan "Beşiktaş" isə 3-cüdür.
Türkiyə Superliqası, 20-ci tur
3 fevral
"Ərzurumspor" - "Rizəspor" - 0:1
Qol: F. Boldrin, 76
"Akhisar" - "Başakşəhər" - 0:3
Qollar: A. Epureanu, 32 (0:1), Robinyo, 40 (0:2), Demba Ba, 90 (0:3)
"Antalyaspor" - "Beşiktaş" - 2:6
Qollar: A. Lyayiç, 35-pen (0:1), D. Toköz, 39 (0:2), A. Hatçinson, 43 (0:3), S. Doukara, 51 (1:3), S. Dursun, 67-avtoqol (1:4), S. Kaqava, 82 (1:5), 84 (1:6), Çiko, 89 (2:6)
