|
ABŞ-da təyyarə qəzası: 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında təyyarənin yaşayış sahəsinə düşməsi nəticsində 2 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində yaralananlar var.

 

"Cessna 414A" təyyarəsi Fullerton bələdiyyə hava limanında havaya qalxıb, qəzanın səbəbləri məlum deyil. Təyyarənin düşməsindən sonra yanğlın baş verib.