|
Kubada 6 nəfər qasırğa nəticəsində həyatını itirib

Kubada qasırğa nəticəsində 6 nəfər ölüb.

Trend-in məlumatına görə, ölkənin paytaxtı Havanada 1200-dən çox ev qismən və yaxud tam dağılıb.

 

Qeyd olunur ki, hadisə nəticəsində 200-ə yaxın xəsarət alan var.