|
Suriyada sutka ərzində mindən artıq qaçqın öz evinə qayıdıb

Suriyada mindən artıq qaçqın xarici ölkələrdən öz evinə qayıdıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində xarici dövlətlərin ərazisindən 1060 qaçqın, həmçinin Livandan – 310 nəfər (93 qadın, 158 uşaq) öz evinə qayıdıb.

 

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 274 Suriya vətəndaşı qayıdıb.

Bundan əlavə, Suriya ordusunun mühəndis bölmələri 8,7 hektar ərazini minadan təmizləyib.